4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan iqtisadiyyatına 10 ayda 11 milyard manatdan çox investisiya qoyulub

Bu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11.407,4 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 66,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ümumi sərmayənin 65,5 faizi məhsul istehsalı sahələrinə, 25,0 faizi xidmət sahələrinə, 9,5 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,1 faizi təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,4 faiz, büdcə vəsaitləri 27,2 faiz, bank kreditləri 7,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,5 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil edib.

Məlumata görə, 2019-cu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində Bakı Nəqliyyat Agentliyinin "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Xidmətləri Məkanı, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində "SOCAR karbamid" zavodu, Polietilen zavodu, Ağdaş rayonunda Biyan Sənaye Parkı, Ağdaş Rayon Telekommunikasiya Qovşağında "Şəbəkə" Xidmət Mərkəzi, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad və Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolları istifadəyə verilib.

Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, Qəbələ və Qobustan rayonlarında "Azərxalça" ASC-nin filialları, Qobustan-Poladlı avtomobil yolu, həmçinin Bakı şəhərində 960 şagird yerlik ümumi təhsil müəssisəsi, 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 1674 şagird yerlik 4 ümumi təhsil müəssisəsi, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 65 nəfər olan 4 ambulatoriya-poliklinika müəssisəsi, Şəki şəhərində 624, İsmayıllı rayonunda 400, Lerik, Cəlilabad və Quba rayonlarının isə hər birində 180 şagird yerlik olmaqla 3 ümümi təhsil müəssisəsi, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana, Oğuz rayonunda 100 yerlik məktəbəqədər təhsil müəssisəsi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması