11 İyul 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikro, kiçik və orta sahibkarların daxili bazar araşdırmalarına dövlət dəstəyini KOBİA təşkil edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlardan daxil olmuş müraciətlər əsasında daxili bazar araşdırmalarının aparılmasına konsaltinq şirkətlərinin cəlb edilməsi istiqamətində işlərə başlayıb. Bu barədə "Report"a müsahibəsində Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, proses "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq həyata keçirilir: "Mikro, kiçik və orta sahibkarlar üçün daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi ilə bir tərəfdən sahibkarın bu sahədə xərcləri azalacaq, digər tərəfdən rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması ilə yeni məhsul və xidmətlərin, müəssisə və obyektlərin yaranmasına, özəl sektorda məhsul istehsalının artırılmasına dəstək göstəriləcək. Bu dəstək mexanizminin işə düşməsi bir daha göstərir ki, Prezident İlham Əliyev sahibkarların ən böyük dəstəkçisi və himayədarıdır. Mikro, kiçik və orta sahibkarların daxili bazar araşdırmalarına dövlət dəstəyini KOBİA təşkil edir. Dövlət başçısının müvafiq fərmanının icrası ilə əlaqədar Agentlikdə İşçi Qrupu yaradılıb, müraciət üçün nümunəvi ərizə forması hazırlanaraq KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdirilib, sahibkarlar və digər maraqlı tərəflər dəstək mexanizmi barədə məlumatlandırılıb. Bu məqsədlə maarifləndirici çarx hazırlanıb, televiziya kanallarında və sosial şəbəkələrdə yayımlanması təmin edilib".

Xatırladaq ki, ölkə Prezidentinin 29 may 2019-cu il tarixli fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası” təsdiq edilib. Sözügedən Qaydaya uyğun olaraq, bu dəstək mexanizmindən mikro, kiçik və orta sahibkarlıq subyektləri yararlanır. Yeni dəstək mexanizmi çərçivəsində sahibkarların müraciəti əsasında müvafiq sahə üzrə bazar araşdırmasının aparılması üçün KOB-lara informasiya və maliyyə dəstəyi göstərilir.

VergiƏvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi? Vergiİdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı? VergiDublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi orqanı obyektin girişində uçotla bağlı məlumatın olmamasına görə sahibkarı cərimə edə bilərmi? VergiXarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi VergiKənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır? Vergiİşçinin vəfatı ilə əlaqədar ödənilən müavinətdən vergi tutulurmu? VergiSənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur? VergiZərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir? VergiKarqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?