19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn il təhsil və səhiyyəyə ayrılan büdcə vəsaitləri artırılacaq

2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin Milli Məclisdə birinci oxunuşda müzakirələri başa çatıb. Millət vəkili Əli Məsimli "vergiler.az"a gələn ilin dövlət büdcəsi ilə bağlı açıqlama verib: "Büdcə - iqtisadiyyatın güzgüsü, eləcə də hökumətin iqtisadi siyasətinin mühüm keyfiyyət göstəricisi, ölkə iqtisadiyyatının necə idarə olunduğunun aynasıdır. Bu baxımdan, müxtəlif aspektlərdən qiymətləndirəndə 2020-ci ilin dövlət büdcəsinin bir sıra müsbət cəhətləri var. Gələn ilin büdcəsində neftin qiymətinin bu illə müqayisədə 5 dollar aşağı, yəni 55 dollardan götürülməsinə baxmayaraq, gəlirlərdə 1 milyard manata yaxın artımın olması və qeyri-neft yığımları hesabına nəzərdə tutulması müsbət haldır. Büdcə xərclərinə münasibətdə isə onun sosial yükünün artması, sosial paketin tərkib hissəsi olaraq büdcədən maliyyələşən müxtəlif işçilərin əməkhaqqının, pensiya və müavinətlərin artırılması xüsusi yer tutur".

Ə.Məsimli büdcə xərclərinin yüksəlməsinin əsas səbəbini sosial istiqamətə ayrılacaq vəsaitin artırılması ilə əlaqələndirib. Orta əməkhaqqı 2018-ci ildəki 545 manatdan bu il 620 manata, 2020-ci ildə isə 717 manata çatacaq. Elmə ayrılan vəsait 42 faiz artırılaraq 194 milyon manata, təhsilə ayrılan vəsait 38 faiz artırılaraq təqribən 3,2 milyard manata, səhiyyəyə ayrılan vəsait 31 faiz artırılaraq 1,4 milyard manata çatdırılacaq. Bu, həmin sahələrdə çalışanların gəlirlərinə müsbət təsir göstərəcək".

Millət vəkili ehtiyac meyarı göstəricisinin ləğv edilməsi və əhaliyə ünvanlı sosial yardımın yaşayış minimumu göstəricisi əsasında verilməsini zəruri hesab edir. Onun fikrincə, bu üsul ünvanlı sosial yardım alanların sayının artırılması xəttini davam etdirməklə yanaşı, yardımın məbləğinin də artmasına səbəb olacaq.

Fərqanə ALLAHVERDİQIZI

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?