3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pərakəndə ticarət dövriyyəsi 3 faizdən çox artıb

2019-cu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri artaraq 31,1 milyard manata çatıb. Bu, ötən ilin eyni dövrünün qiymət səviyyəsi ilə müqayisədə 3,1 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ticarət dövriyyəsinin 15 milyard 741,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 381,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılan məhsulların dəyəri 2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,4 faiz artıb.
On ay ərzində məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

Pərakəndə ticarət dövriyyəsi

31.122,9

103,1

o cümlədən:

ərzaq məhsulları

14.271,6

102,8

içkilər və tütün məmulatları

1.470,2

101,6

toxuculuq məhsulları, geyim və ayaqqabılar

5.686,9

103,5

elektrik malları və mebellər

1.898,5

102,5

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

248,9

102,3

əczaçılıq və tibbi mallar

414

103,1

avtomobil yanacağı

1.734,7

102,0

digər qeyri-ərzaq məhsulları

5.398,1

104,0

Alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

İstehlak məhsullarının dəyər ifadəsində 21,1 faizi ticarət müəssisələri, 50,2 faizi fərdi sahibkarlar tərəfindən, 28,7 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,2 faiz, fərdi sahibkarlar üzrə 1,6 faiz artıb, bazar və yarmarkalarda isə 7,9 faiz azalıb.

Əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 314,5 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 14,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 159,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 155,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ