19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan manatının xarici valyutalar qarşısında mövqeyi möhkəmlənir

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, hesabat dövründə banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri dəyişkənlik nümayiş etdirsə də rəsmi məzənnəyə yaxın olub. Belə ki, 9 ay ərzində kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1,6977, satış məzənnəsi isə 1,7021 manat təşkil edib. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0,1 faiz (0,0023 manat), satış məzənnəsi ilə isə 0,1 faiz (0,0021 manat) olub.

Dövr ərzində manat türk lirəsinə qarşı 6,6 faiz, avroya qarşı 4,5 faiz, gürcü larisinə qarşı 9,8 faiz bahalaşıb. Eyni zamanda milli valyuta Ukrayna qrivnasına qarşı 14,3 faiz, Rusiya rubluna qarşı 7,3 faiz, yapon yeninə qarşı 2,6 faiz ucuzlaşıb: "İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, 9 ayda manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 1,4 faiz bahalaşıb, real effektiv məzənnəsi isə 1,3 faiz ucuzlaşıb. Real effektiv məzənnənin ucuzlaşması Azərbaycanda inflyasiyanın ticarət tərəfdaşı olan ölkələr üzrə orta inflyasiyadan əhəmiyyətli az olması ilə izah edilir".

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?