13 İyul 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cari ilin yanvar-oktyabr aylarında 38,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-oktyabr aylarında 38,1 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 14,5 faiz artıb. Sənaye məhsulunun 24,9 faizi emal sektorunda istehsal olunub.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 85,3 faiz, hazır metal məmulatlarının istehsalı 83,5 faiz, tütün məmulatlarının istehsalı 67,6 faiz, içkilərin istehsalı 39,5 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 37 faiz, mebel istehsalı 29,5 faiz, kağız və karton istehsalı 24,6 faiz, poliqrafiya məhsullarının istehsalı 23,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,7 faiz, əczaçılıq məhsullarının istehsalı 20,8 faiz, qida məhsullarının istehsalı 13,9 faiz, geyim istehsalı 12 faiz, elektrik avadanlıqlarının istehsalı 6,8 faiz, maşın və avadanlıqların istehsalı 4,5 faiz artıb.

Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 26,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 30,7 faiz azalıb.

VergiƏvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi? Vergiİdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı? VergiDublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi orqanı obyektin girişində uçotla bağlı məlumatın olmamasına görə sahibkarı cərimə edə bilərmi? VergiXarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi VergiKənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır? Vergiİşçinin vəfatı ilə əlaqədar ödənilən müavinətdən vergi tutulurmu? VergiSənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur? VergiZərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir? VergiKarqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?