9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz  artıb

2019-cu ilin yanvar-sentyabr aylarında iqtisadi aktivlik yüksəlib, qeyri-neft sektorunda iqtisadi artı m başlıca olaraq ticari sahələrdən qaynaqlanıb. Mərkəzi bankın açıqladığı pul siyasəti icmalına əsasən, həmin dövrdə ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,5 faiz artaraq nominal olaraq 58,5 milyard manat təşkil edib. ÜDM-in 42,5 faizi sənayedə istehsal edilib. Adambaşına düşən ÜDM-in həcmi 5910,1 manat olub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,1 faiz artıb.

Doqquz ay ərzində 28,1 milyon ton əmtəəlik xam neft, 17,9 milyard kub metr əmtəəlik təbii qaz hasil olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq neft hasilatı 2,8 faiz azalıb, qaz hasilatı isə 29,3 faiz artıb.

Qeyri neft-qaz sektorunda 2019-cu ilin ilk 9 ayında yaradılan əlavə dəyər 2018-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 3,5 faiz artıb və nominal olaraq 35,5 milyard manat təşkil edib. Onun ÜDM-də xüsusi çəkisi 60,7 faizə çatıb. Qeyri-neft-qaz sənayesində 15,6 faiz artım müşahidə olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1 faiz, bitkiçilik məhsulları üzrə isə 11 faiz artıb.

Mərkəzi Bankın real sektorun monitorinqi üzrə apardığı sorğunun nəticələrinə əsasən, ilk 9 ayda ticarət və xidmət sahələri üzrə, o cümlədən qeyri-neft sənayesinin, tikinti, plastik və ərzaq məhsullarının istehsalı sahələrində iqtisadi aktivlik göstəricilərinin yaxşılaşması müşahidə olunub. Bu sahələr üzrə dinamika ümumi biznes inam indeksinin (Bİİ) artması ilə nəticələnib. Tikinti sektoru isə hələ də mənfi diapazonda qərarlaşsa da, Bİİ ilin əvvəlinə, həmçinin ötən ilin müvafiq dövrünə nəzərən yaxşılaşıb.

2019-cu ilin sentyabr ayının sonuna ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 195,3 min nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 min nəfər çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla çalışan işçilərin sayı 2019-cu ilin 1 sentyabr tarixinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz artaraq 1 milyon 611,1 min nəfər olub.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən, 7,4 faizi emal sənayesi, 7,5 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma, 1,9 faizi su təchizatı və tullantıların emalı sənayesində fəaliyyət göstərirlər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?