15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda POS-terminalı əvəzləyən sistem tətbiq edilə bilər

"Azərbaycanda nağd dövriyyənin xüsusi çəkisi çox olsa da, hər gün azalır. Çünki, ölkədə plastik kartlardan istifadə hər gün artır". Bunu "Report"a açıqlamasında "MasterCard"ın biznesin inkişafı üzrə direktoru Hakan Tatlıcı deyib. Bununla belə, onun sözlərinə görə, nağdsız dövriyyə üçün əsas vasitə satılan POS-terminalların əldə olunması və onlardan istifadə edilməsi sahibkarlar üçün əlavə xərcdir: "POS-terminalları iş adamlarına havayı vermək isə banklar üçün sərfəli deyil. Odur ki, "Mastercard" olaraq vəziyyətdən alternativ çıxış yollarını araşdırdıq. Müəyyən etdik ki, "Android" əməliyyat sisteminə malik (IOS dəstəklənmir) mobil cihazların arxasındakı təmassız ara hissə təmassız kartlarla ödəniş etmək üçün istifadə edilə bilər. Təbii ki, bu NFC (Near-Field Communication - Yaxın Məsafəli Əlaqə) ilə mümkündür. Bununla da, POS-terminallara olan ehtiyacı aradan qaldırar".

"MasterCard" rəsmisi dediyi sistemin necə işlədiyini də izah edib: "Vətəndaşın çalışdığı şirkət "Android" rejimində işləyən mobil əlavəsini telefona yükləyir, Bankda qeydiyyatdan keçərək həmin mobil əlavəyə uyğun POS-ID alır. Bununla da, kartdan karta deyil, telefondan telefona ödəniş həyata keçirilir. Biz bu sistemi "Tap on Phone" adlandırmışıq. Hazırda Rusiyada "Sberbank", Türkiyədə "ENG Bank"la bu layihənin sınaqları həyata keçirilir. Türkiyədə təxminən 200 kiçik müəssisə bu sınaqlara qoşulub. Nəticələr uğurludur, amma ödənişin məbləği ilə bağlı limit var. Yəni müəyyən məbləği (Azərbaycanda 50 manatdır) keçən ödənişlər üçün şifrə daxil etmək lazımdır. Odur ki, POS-terminalsız yalnız həmin məbləğə qədər əməliyyat aparmaq mümkündür".

Onun sözlərinə görə, yeni sistemlə ödəniş aparmaq üçün mobil cihazlar "Android" əməliyyat sisteminin azı 5-ci versiyasına uyğun işləməlidir: "Hazırda bir çox banklar "Tap on Phone"dan istifadə etmək istəyir. Amma qaydalar müəyyən edilməyənə qədər onun geniş tətbiqi mümkün deyil. Düşünürəm ki, növbəti ilə bu həlləri Azərbaycanda tətbiq edə biləcəyik".

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?