12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn il pensiya, sosial müavinət, təqaüd və əməkhaqqı artırılacaq

2020-ci ilin dövlət büdcəsindən əhalinin sosial təminatının - sağlamlıq, təhsil, mədəniyyət, idman, turizm, elm və digər məsələlərin maliyyələşdirilməsinə daha yüksək məbləğdə vəsait ayrılıb. Bütövlükdə büdcə xərclərinin 38,6 faizi sosial istiqamətlərə aiddir. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, bunlar Azərbaycanın sosial dövlət olmaq yönündə gələn il daha bir uğurlu addım atacağını göstərir: "Səhiyyə xərcləri bu ilə nisbətən 340 milyon manat, yaxud 31 faiz artaraq 1 milyard 400 milyon manat təşkil edir. Nəzərə alsaq ki, gələn ildən icbari tibbi sığortanın tətbiqi başlanacaq, sığorta ödəyənlərin, yəni işəgötürənlərin və işçilərin tibbi sığorta haqlarından da 500 milyon manat vəsaitin büdcəyə daxil olması gözlənilir. Beləliklə, bütövlükdə gələn il səhiyyə xərcləri 2 milyard manatdan çox olacaq. Bu da vətəndaşlarımızın keyfiyyətli, əlçatan səhiyyə xidmətləri almasına imkan yaradacaq.

2019-cu ilin birinci yarısında cənab Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 30-a yaxın fərman və sərəncamı oldu. Gələn il də vətəndaşlarımızın pensiya, sosial müavinət, təqaüd və əməkhaqqının artırılması gözlənilir".

Millət vəkilinin sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsinin xərclərinin artması ölkədə həyata keçirilən balanslaşdırılmış iqtisadiyyatın hesabına baş verir: "Hələ 10-12 il bundan öncə cənab Prezident neft sektorundan gələn gəlirlərin qeyri-neft sektoruna yatırılması və bu sahənin inkişaf etdirilməsi siyasətini elan etmişdi. Artıq bu öz nəticəsini verir. Qeyri-neft sektoruna qoyulan investisiyalar ildən-ilə daha çox gəlir gətirir və 2020-ci ildə ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunun hesabına formalaşacaq. Xüsusilə kənd təsərrüfatı, tranzit yükdaşıma, turizm və İKT sektoru ölkəyə əlavə gəlirlər gətirir. Bundan başqa, ölkədə sənayeləşmə geniş vüsət alıb. Paytaxt ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir və digər şəhərlərdə yaradılan sənaye parkları, texnoparklar gəlir gətirməyə başlayıb.

Neft-qaz sektorunda da gəlirlərimiz artır. Gələn ildən Avropaya qaz satışına başlanılacaq. Bunlara baxmayaraq 2020-ci ilin büdcəsinin əsas artım tempi qeyri-neft sektorunun hesabına təmin olunub".

Musa Quliyev bildirib ki, gələn ilin büdcəsində tikinti xərclərində azalma var: "Bu, yalnız dövlət sektoruna aid azalmalardır, özəl sektorda isə işlərin davam etdirilməsinə münbit şərait yaradılacaq ki, bu da büdcəyə vergilər şəklində daxilolmaların artmasına, həm də vətəndaşların yeni iş yerləri ilə təmin olunmasına imkan verəcək.

Dövlət xətti ilə tikinti-abadlıq işlərinə ayrılan vəsaitin azaldılmasına səbəb isə əvvəlki illərdə bu sahəyə kifayət qədər investisiyanın qoyulması ilə bağlıdır. Artıq yolların böyük hissəsi yenidən çəkilib, infrastuktur qurulub, məktəblər, bağçalar, xəstəxanalar, poliklinikalar, mədəniyyət evləri, olimpiya kompleksləri tikilib. İndi bu sahəyə əlavə vəsait qoymağa o qədər də ehtiyac yoxdur, rəqəmlərin şişirdilməsinin qarşısının alınması dövlətin nəzarəti altındadır. Ona görə də müəyyən xərclərin azaldılması təbiidir".

Səbuhi TURAN

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?