19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kapital bazarlarına çıxış, korporativ maliyyənin idarə olunması...

KOB-lar üçün "Korporativ idarəetmə" və "Korporativ maliyyə" mövzularında təlim keçirilib

Azərbaycan Mərkəzi Bankı (AMB) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə assosiasiyaya üzv şirkətlər üçün "Korporativ idarəetmə" və "Korporativ maliyyə" mövzularında təlim keçirib. AMB-dən bildirilib ki, təlimdə korporativ idarəetmənin üstünlükləri, o cümlədən şəffaflıq və hesabatlılıq, məlumatların açıqlanması, kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsi, korporativ maliyyənin idarə olunması, bu istiqamətlərdə beynəlxalq təcrübə barədə məlumat verilib. Bütövlükdə təlimdə əldə edilən bilik və bacarıqlar ölkədə kiçik və orta sahibkarlar üçün alternativ maliyyə mənbələrinə çıxış, eləcə də müasir korporativ idarəetmə prinsiplərinin tətbiqi baxımından mühüm rola malikdir.

Sonda mövzu ilə bağlı sahibkarları maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb və onların sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, sahibkarlar üçün bu təlim "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" adlı hədəfinin icrası ilə əlaqədar təşkil edilib. Mərkəzi Bank ilin qalan dövründə də sahibkarların maarifləndirilməsi istiqamətində təlim, seminar, treninq və bu kimi maliyyə savadlılığı tədbirlərini davam etdirəcək.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?