14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2020-ci ilin dövlət büdcəsində neft sektorunun payı 3 faiz azalacaq

Azərbaycanda gələn ilin dövlət büdcəsində neft sektorunun payı 2019-cu illə müqayisədə 3 faiz azalacaq. "APA-Economics"in məlumatına görə, bu, Hesablama Palatasının "2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb. Gələn il neft-qaz sektoru üzrə daxilolmalar baxımından dövlət büdcəsi gəlirlərinin 56,1 faiz və ya 13.530,0 mln. manatının neft-qaz sektorunun payına düşməsi proqnozlaşdırılıb. 2019-cu ilin dövlət büdcəsində isə bu göstərici 59,1 faiz olub.

Sənəddə qeyd edilib ki, bu vəsaitin 11.350,0 mln. manatını və ya 83,9 faizinin Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərin, 1.450,0 mln. manatının və ya 10,7 faizinin Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilərin, 730,0 mln. manatının və ya 5,4 faizinin neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü Sazişlərindən mənfəət vergisinin hesabına formalaşacağı nəzərdə tutulub. Hesablama Palatası nəzərə çatdırır ki, 2019-cu illə müqayisədə 2020-ci ildə büdcə parametrlərinin proqnozlaşdırılması məqsədilə neftin qiyməti 8,3 faiz az nəzərdə tutulsa da, növbəti ilin dövlət büdcəsinin neft daxilolmalarından asılılığı yüksək olaraq qalacaq və ümumilikdə son illərdə neft sektoru üzrə daxilolmaların dəyişməsi ARDNF-dən transfertin dəyişməsindən sıx asılıdır.

Qeyd edək ki, 2020-ci ildə dövlət büdcəsində neftin qiyməti 55 ABŞ dolları qəbul edilib. 2019-cu ilin büdcəsində bu, 60 dollar, 2018-ci ilin ilkin proqnozlaşdırılan büdcəsində 45 dollar, dürüstləşmiş büdcədə 55 dollar nisbətində müəyyən olunub.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?