14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Sənaye Korporasiyası yeni iş yerlərini artıracaq

"Azərbaycan Sənaye Korporasiyası" ASC-də və onun törəmə müəssisələrində çalışan işçilərin ümumi sayı 4 min 986 nəfərə çatıb. Korporasiyanın baş direktoru Kamran Nəbizadə bildirib ki, həmin müəssisələr tam gücü ilə işləməyə başladıqdan sonra iş yerlərinin sayının daha 712 nəfər artaraq 5 min 698 nəfərə çatacağı gözlənilir: "Hazırda ASK tərəfindən qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 19 törəmə müəssisə yaradılıb. Bunlardan sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələri, o cümlədən "Azərpambıq ASK" MMC-ni qeyd etmək olar. Bu sahədə idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Bundan əlavə, "Azərpambıq ASK" MMC üzrə 2018-ci il mövsümündə respublikanın 14 rayonunda 29 min hektarda pambıq əkini aparılıb və 56,6 min ton xam pambıq tədarük edilib".

K.Nəbizadə qeyd edib ki, tədarük olunacaq xam pambığın həcmi 72 min 500 ton, məhsuldarlığın isə hər hektardan 25 sentner olacağı hədəflənib. Əldə ediləcək xam pambığın emalı nəticəsində 27 min 550 ton mahlıc, 35 min 525 ton çiyid, 1.449 ton köməkçi məhsullar, 490 ton pambıq yağı, 5 min 390 ton çiyid cecəsi istehsal olunacaq.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?