19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Oktyabr ayında dövlət büdcəsinə gömrük daxilolmaları artıb

Bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 395,211 milyon manat vergi və rüsumlar daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,088 milyon manat və yaxud 4,5 faiz çoxdur. DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 17,550 milyon manat və yaxud 18,8 faiz artaraq 110,802 milyon manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmalar 1,175 milyon manat və yaxud 0,4 faiz artaraq 264,861 milyon manat, aksizlər üzrə daxilolmalar 709 min manat və yaxud 4,3 faiz azalaraq 15,831 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 928 min manat və yaxud 20 faiz azalaraq 3,717 milyon manat təşkil edib.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?