19 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xarici ölkə vətəndaşları Azərbaycanda məsafədən bank hesabları aça biləcək

"Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması ilə əlaqədar hazırlanmış infrastruktur "Bakutel 2019" sərgisində nümayiş etdiriləcək". "APA-Economics"in məlumatına görə, bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzinin müdir müavini Həbib Abbasov bildirib. H.Abbasov deyib ki, nazirliklə Mərkəzi Bank arasında məsafədən hesabların açılması ilə bağlı görüş olub: "Həmin informasiya sisteminə elektron imza infrastrukturu da inteqrasiya olunub. Türkiyə ilə Azərbaycan arasında elektron imzaların qarşılıqlı tanınması bizə nə verəcək? Texniki tərəfləri həll etmişik, hüquqi tərəfləri ilə bağlı da araşdırma apardıq. Hüquqşünaslar gördülər ki, qanunda heç bir məhdudiyyət yozdur. Bu o deməkdir ki, biz məsafədən hesab açmağa başlayırıqsa, hansı ölkələrlə elektron imzanın qarşılıqlı tanınmasını təmin etmişiksə, həmin ölkə vətəndaşları da Azərbaycanda özlərinə bank hesabları aça biləcəklər. Bununla bağlı həm Türkiyə, həm Belarusla bağlı proses gedir. “Bakutel 2019” sərgisində bu infrastruktur ilə tanış ola bilərsiniz".

VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri