19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinin Azərbaycandakı səfiri Dan Stavı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Səfirlə əməkdaşlıqdan məmnunluğunu ifadə edən nazir gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə, həmçinin, "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətindən irəli gələn məsələlərə toxunulub. Bildirilib ki, Birgə Komissiyanın fəaliyyəti çərçivəsində hər iki ölkə arasında prioritet sahələr üzrə əməkdaşlıq istiqamətində konkret layihə və təşəbbüslər müzakirə olunub, əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri təhlil edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?