15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu il Bakı-Tbilisi-Ceyhan kəməri ilə 177 milyon bareldən çox xam neft ixrac olunub

Bu ilin üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri üzrə əməliyyat xərclərinə, təqribən, 95 mln. ABŞ dolları xərclənib. Bu barədə "BP-Azerbaijan" şirkətinin tərəfdaşları ilə birgə yaydığı hesabatında qeyd edilib. Məlumata görə, bu, 2018-ci ilin üç rübün göstəriciləri ilə müqayisədə 8 mln. dollar və ya 9,2 faiz azdır. Bu ilin üç rübü ərzində boru kəmərinin fəaliyyəti üzrə əsaslı xərclərə isə, təqribən, 25 mln. dollar xərclənib ki, bu da 2018-ci ilin üç rübün göstəriciləri ilə müqayisədə 4 mln. dollar və ya 19,04 faiz çoxdur.

Bu ilin üç rübü ərzində isə BTC vasitəsilə, təqribən, 24 mln. ton (177 mln. bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 222 tankerə yüklənib. Bu, ötən ilin yanvar-sentyabr ilə müqayisədə 1 mln. ton və ya 4 faiz azdır. 1.768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2019-cu ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 440 mln. ton (3,3 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 4.307 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); "Chevron" (8,90%); "Equinor" (8,71%); TPAO (6,53%); "Eni" (5,00%); "Total" (5,00%), "İtochu" (3,40%); "İnpex" (2,50%), "ExxonMobil2 (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?