25 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Borcalanların kredit riskləri yeni qaydalarla tənzimlənəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"a dəyişiklik edilib. Palatanın mətbuat xidmətindən bildirilib ki, ölkə başçısı İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması, "iqtisadiyyatın real sektoruna yönələn kreditləşmənin artırılması" çağırışı ilə əlaqədar növbəti addım kimi MBNP tərəfindən edilmiş dəyişiklik nəticəsində müddəti 7 ildən artıq olan istehlak kreditlərinin maksimum həcmi bankın I dərəcəli kapitalının 0,1 faizi ilə məhdudlaşdırılıb.

Banklarda kredit riskinin maksimum həcmini tənzimləyən bu dəyişiklik istehlakçıların zəruri olmayan uzunmüddətli istehlak kreditləri götürməməsinə təsir etməklə məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasını təmin edəcək. Qeyd olunan dəyişikliyin əsas məqsədi istehlakçıların izafi borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasıdır.

Qeyd edək ki, oktyabrın 18-də "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na dəyişikliklər edilib. Bu dəyişikliklər ilə KOS subyektlərinə və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılıb, istehlak kreditləri üzrə isə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilərək risk dərəcələri artırılıb.

VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir? VergiHansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur? VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?