19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Külək enerjisinə qoyulan investisiyalar 1 trilyon dollara çatacaq

Dəniz külək enerjisi qlobal quraşdırılmış gücünün 2040-cı ildə 560 qiqavata qədər artması və sektora qoyulan investisiyaların 1 trilyon dollara çatması gözlənilir. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Offshore külək enerjisi görüntüsü 2019" hesabatında məlumat verilib.

Məlumata görə, mövcud "offshore" külək enerji qurğularının 80 faizinə sahib olan Avropa, inkişafın mərkəzi olmağa davam edəcək. Avropada 2018-ci ildə 20 qiqavat gücündə olan dəniz külək enerjisi gücü 2040-cı ildə 130 qiqavata çatacaq. Digər tərəfdən, Avropa "sıfır karbon" hədəflərinə çata bilsə, quraşdırılmış külək gücünü 2040-cı ilə qədər 180 qiqavata qədər artıra biləcək.

Hazırda quraşdırılmış külək enerjisində 4 qiqavat gücə sahib olan Çin, 2040-cı ildə bu rəqəmi 110 qiqavata çatdıraraq, Avropa ilə birlikdə dünya külək enerjisinin 60 faizinə sahib olacaqlar. Onları ABŞ, Yaponiya kimi inkişaf etmiş ölkələr izləyəcək.

Xatırladaq ki, "offshore" külək enerjisinin hazırda 0,3 faizini təşkil edən qlobal elektrik istehsalındakı payı 2040-cı ildə 3 faizə çatacaq.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?