18 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dünya Bankı Azərbaycan iqtisadiyyatının dayanıqlığının gücləndirilməsi üçün keçirilən islahatları yüksək qiymətləndirib

Dünya Bankı Avropa və Mərkəzi Asiya regionunda yerləşən ölkələrin iqtisadiyyatlarının cari vəziyyəti, maliyyə, biznes və investisiya sferalarında müşahidə olunan trendlərin ətraflı analiz olunduğu növbəti hesabatını açıqlayıb. "APA-Economics"in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, Azərbaycan iqtisadiyyatının analoji istiqamətlərinin dəyərləndirildiyi hesabatda xarici neqativ təsirlərə qarşı ölkə iqtisadiyyatının dayanıqlığının gücləndirilməsi məqsədilə həyata keçirilən struktur islahatlar yüksək qiymətləndirilib. Qeyd olunub ki, hökumət tərəfindən maliyyə bazarlarının stimullaşdırılması məqsədilə davamlı olaraq həyata keçirilən tədbirlər müsbət təsirlərini göstərir. Belə ki, milli məzənnənin sabit qalması sayəsində son zamanlarda bank sektorunun gəlirliliyi artıb, yüksək kapitallaşma və problemli kreditlərin sayının azalması hesabına 2019-cu ilin ilk yarısında sektorun göstəriciləri yaxşılaşıb. Hesabatda xüsusi olaraq, problemli kreditlərin azalmasının səbəbi kimi ölkə başçısı İlham Əliyev tərəfindən 28 fevral 2019-cu il tarixində imzalanmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın mühüm rol oynadığı vurğulanıb. Həmçinin, 2014-2015-ci illərdə baş vermiş maliyyə çətinliklərindən sonra sektor üzrə kreditləşmə sahəsində aktivliyin yüksəlməsi, kreditlərin verilməsi əmsalının artdığı qeyd olunub.

Eyni zamanda, vurğulanıb ki, sosial-iqtisadi, maliyyə, vergi və digər istiqamətlərdə dövlət tərəfindən davamlı olaraq aparılan islahatlar fonunda ölkədə iqtisadi aktivlik daha da artacaq, aşağı səviyyəli inflyasiya qorunub saxlanılacaq və növbəti illərdə əhalinin yaşayış standartlarının davamlı olaraq yaxşılaşması təmin ediləcək.

Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı?