19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın Enerji Effektivliyinə dair ilk Milli Fəaliyyət Planının hazırlanmasına başlanılıb

Enerji Xartiyası Katibliyi Avropa İttifaqı və dünyanın ən yaxşı təcrübələrinə uyğun olaraq enerji səmərəliliyi ilə bağlı müvafiq qanunvericiliyin hazırlanmasında Azərbaycana dəstək göstərir. "APA-Economics"in məlumatına görə, bunu Enerji Xartiyasının Baş katibi Urban Rusnak Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı zamanı deyib: "Ötən il "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun layihəsi tamamlandı. Bu il biz 2019-cu ilin sonunda yekunlaşdırılması və 2020-ci ilin əvvəlində müvafiq orqanlarla müzakirəsi gözlənilən Azərbaycanın ilk Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının hazırlanmasına başlamışıq".

Baş katib enerji transformasiyası dövründə enerjiyə çıxış, artan enerji tələbatı, qlobal istiləşmə və davamlı inkişaf məsələlərini həll etmək üçün səyləri birləşdirməyin vacibliyini qeyd edib. Bundan başqa, U.Rusnak çıxışında Azərbaycanın sədrliyi dövründə atılacaq addımlardan, eləcə də Azərbaycanla Enerji Xartiyası arasında əməkdaşlıqdan danışıb.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?