27 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın beynəlxalq hava limanları bu il 4,3 milyon sərnişinə xidmət göstərib

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarından istifadə etmiş sərnişinlərin sayı 4,3 mln. nəfər təşkil edib. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda 3,7 mln. sərnişinə xidmət göstərilmişdir ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 6 faiz çoxdur. Göstərilən müddət ərzində Naxçıvan aeroportu 501 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 115 minlik sərnişin axını ilə üçüncü olub.

Cari ilin doqquz ayı ərzində "Azərbaycan Hava Yolları" QSC (AZAL) 1,6 mln., "Buta Airways" isə 443 min sərnişin daşıyıb. Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişin sayı 3,2 mln. nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və "Buta Airways" ilə yanaşı "Turkish Airlines" (Türkiyə, 376 min sərnişin), "FlyDubai (BƏƏ, 194 min sərnişin), "Aeroflot" (Rusiya, 151 min sərnişin), "AirArabia" (BƏƏ, 130 min sərnişin), UIA (Ukrayna, 97 min sərnişin), "Qatar Airways" (Qətər, 81 min sərnişin), "Lufthansa" (Almaniya, 53 min sərnişin) və SCAT (Qazaxıstan, 47 min sərnişin) daxil olub. Bu ilin sentyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan 60-dan çox müxtəlif istiqamətə 33 sərnişin aviaşirkəti uçuşlar həyata keçirib.

Hazırda altı xarici aşağı büdcəli aviaşirkət – "WizzAir" (Budapeşt), "AirBaltic" (Riqa), "Pegasus" (İzmir), "flyNAS" (Ər-Riyad), "flyDubai" (Dubay) və "AirArabia" (Şarja) Bakının hava limanına birbaşa uçuşlar həyata keçirir.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?