25 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası keçirilir

Bakıda Azərbaycan və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilir. "APA-Economics"in məlumatına görə, iclasdan əvvəl Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev arasında ikitərəfli görüş olub. Görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərinin bütün sahələr üzrə uğurlu inkişafının qarşılıqlı dəstək və birgə təşəbbüslərlə səciyyələndiyi qeyd olunub. Hökumətlərarası Komissiya çərçivəsində görülən işlərin əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyi bildirilib.

Sonra iclas işini hər iki ölkənin energetika nazirlərinin həmsədrliyi və nümayəndə heyətlərinin iştirakı ilə davam etdirib. İclasda çıxış edən Energetika naziri, Komissiyanın həmsədri Pərviz Şahbazov deyib ki, Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələr olmaqla bərabər, strateji tərəfdaşdırlar.

Qazaxıstanın Energetika naziri, Hökumətlərarası Komissiyanın həmsədri Kanat Bozumbayev də çıxışında ölkələrarası yüksək səviyyəli əməkdaşlığı təmin edən məsələlərdən, Hökumətlərarası Komissiyanın fəaliyyətinin, bugünkü iclasın münasibətlərin daha da inkişafına töhfələrindən bəhs edib.

İclasda ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti, dövlət qulluğu, əqli mülkiyyət sahələrində mövcud vəziyyət və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib. Hər iki ölkədə istehsal olunan məhsullar, investisiya layihələri barədə, eləcə də Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsinin aparılması tövsiyə edilib. Azərbaycanın sənaye parkının məhsullarının Qazaxıstan bazarına çıxarılması, eləcə də qazax şirkətlərinin ölkəmizdə birgə müəssisələrin yaradılmasına cəlb edilməsi, neft və neft məhsullarının ticarətinin genişləndirilməsi, Qazaxıstanın mayeləşdirilmiş qazının tranziti üzrə işlərin davam etdirilməsi və müvafiq işçi qrupunun ikinci iclasının gələn ilin birinci yarısında keçirilməsi, bərpa olunan enerji, enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi razılaşdırılıb.

İclasda, həmçinin, nəqliyyat sahəsində əməkdaşlığa da geniş toxunulub. Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat rutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlərin davam etdirilməsi qərara alınıb. Cari ildən Aktau-Bakı istiqamətində fider gəmisinin (konteyner daşıyan gəmi) reysə buraxılması müsbət məqam kimi qeyd olunub. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklərin daşınmasına Qazaxıstan tərəfindən böyük maraq ifadə edilib. Bundan başqa, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün konkret istiqamətlər üzrə birgə tədbirlər müəyyənləşdirilib.

Sonda iclasın yekunlarına dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri – Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev imzalayıblar. Komissiyanın 17-ci iclasının 2020-ci ildə Nur-Sultanda keçirilməsi razılaşdırılıb.

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?