19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Made in Azerbaijan" brendli məhsullarımız beynəlxalq sərgidə...

Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində Ticarət Nümayəndəsinin Aparatının təşkilatçılığı ilə yerli məhsullarımız sentyabrın 25-29-da Çinin Cician əyalətinin Vencou şəhərində keçirilən II "Zhejiang International Import Expo" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, "Made in Azerbaijan" vahid ölkə stendində ölkəmizin istehsalı olan şərablar, konyaklar, təbii meyvə şirələri, kompotlar, mineral sular, çay, mürəbbə və digər konservləşdirilmiş məhsullar nümayiş etdirilir. Azərbaycan məhsulları, xüsusilə də şərab, nar şərabı və nar şirələri sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanır.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?