5 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şərq-Qərb Nəqliyyat Dəhlizində yükdaşımaların artacağı gözlənilir

"Bu ilin doqquz ayında Şərq-Qərb Nəqliyyat Dəhlizi üzrə daşımaların 37 mln tona yaxın olacağı proqnozlaşdırılır". Bunu Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRASECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev deyib. O vurğulayıb ki, sözügedən dövr ərzində tranzit daşımalarının 7,5 mln ton təşkil edəcəyi gözlənilir: "Türkiyəyə Azərbaycan ərazisindən daşınacaq yüklərin sayının artacağı gözlənilir. Bu da ki, Türkiyənin Türkmənistana ixracının artması ilə bağlıdır. Hazırda bu istiqamətdə danışıqlar aparılır. Bununla yanaşı, Çindən də Azərbaycana yüklərin artacağı gözlənilir".

Xatırladaq ki, bu ilin I yarısında Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə 4 mln ton tranzit yük daşınıb. Şərq-Qərb Nəqliyyat Dəhlizi Orta Koridor adlanır, Çindən Türkiyəyə, eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?