16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar-avqust aylarında 30,9 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-avqust aylarında 30,9 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artıb.

Sənaye məhsulunun 70,0 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 2,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 30,9 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, hazır metal məmulatlarının istehsalı 80,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 78,0 faiz, içkilərin istehsalı 44,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 35,8 faiz, tütün məmulatlarının istehsalı 32,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,7 faiz, mebel istehsalı 30,4 faiz, kağız və karton istehsalı 26,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,4 faiz, qida məhsullarının istehsalı 15,7 faiz, poliqrafiya məhsullarının istehsalı 12,0 faiz, maşın və avadanlıqların istehsalı 4,6 faiz, tikinti materiallarının istehsalı 4,2 faiz, geyim istehsalı 8,1 faiz, neft məhsullarının istehsalı 1,6 faiz artıb.

Əczaçılıq məhsullarının istehsalı 9,8 faiz, elektrik avadanlıqlarının istehsalı 11,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 14,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 16,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 34,5 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,5 faiz artıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?