Azərbaycan və Kot-d’İvuar işgüzar dairələri arasında birgə layihələr üçün yeni imkanlar yaradılır
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Kot-d’İvuarın "Nouveau Regard Ivoirien" (NRI) təşkilatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Konfederasiyanın məlumatına görə, Əməkdaşlıq Memorandumu tərəflər arasında iqtisadi, ticarət və investisiya sahələrində birgə layihələrin həyata keçirilməsinə, eləcə də iş adamları arasında birbaşa əlaqələrin sistemli şəkildə inkişafına geniş imkanlar açacaq.
Memorandum bundan əvvəl ASK-da keçirilmiş işgüzar görüşün məntiqi davamıdır. Belə ki, əvvəlki müzakirələr zamanı iki ölkə arasında ticarət dövriyyəsinin cari vəziyyəti, əsas idxal-ixrac istiqamətləri və yeni investisiya imkanları dəyərləndirilmişdi.
