Armatur istehsalı 13 faizdən çox artıb
Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə 346,5 min ton armatur istehsal olunub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq göstəricisi ilə müqayisədə istehsal həcmi 13,1 faiz artıb.
Cari ilin noyabr ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 14,3 min ton təşkil edib.
