Avrasiya İnkişaf Bankı Azərbaycan-Özbəkistan investisiya şirkəti ilə memorandum imzalayıb
Avrasiya İnkişaf Bankı “UzAirports” şirkəti və Azərbaycan-Özbəkistan investisiya şirkəti ilə birgə layihələrin maliyyələşdirilməsi imkanlarının genişləndirilməsinə yönələn memorandumlar imzalayıb.
Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, imzalanma Daşkənddə bankın İdarə Heyətinin sədri Nikolay Podquzov və Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov arasında keçirilən görüş çərçivəsində baş tutub.
