Yanvar-oktyabr aylarında 751,6 milyon dollarlıq meyvə-tərəvəz ixrac edilib
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 751,6 milyon dollar dəyərində meyvə və tərəvəz ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 8,1 faiz artıb.
Cari ilin 10 ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 2,7 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 10,63 faizə bərabər olub.
