Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı 2,9 faiz artıb
Bu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 115 930,5 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalaraq 35 229,1 milyon manat, qeyri-neft-qaz sektorunda isə 2,9 faiz artaraq 80 701,4 milyon manat təşkil edib.
