AFEZ-in investisiya imkanları "Turkchem Eurasia 2026" sərgisində təqdim ediləcək
Ələt Azad İqtisadi Zonası (AFEZ) 25-27 noyabr 2026-cı il tarixlərində İstanbul Sərgi Mərkəzində keçiriləcək "Turkchem Eurasia 2026" beynəlxalq kimya sənayesi sərgisində təmsil olunacaq.
Ələt Azad İqtisadi Zonasının məlumatına görə, ekspozisiya çərçivəsində nümayəndə heyəti regionda fəaliyyətə başlamağı və ya fəaliyyətini genişləndirməyi planlaşdıran beynəlxalq biznes nümayəndələri üçün AFEZ-in investisiya imkanlarını, güzəştlərini və strateji üstünlüklərini təqdim edəcək.
Qeyd edək ki, "Turkchem Eurasia" biznes əlaqələrinin qurulması, potensial tərəfdaşların tapılması və təcrübə mübadiləsi üçün mühüm sahəvi regional platformadır.
