11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İstehlakçıların aldadılması hallarının qarşısı alınır

İstehlakçıların aldadılması hallarının qarşısı alınır

İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılması onların hüquqlarını pozmaqla yanaşı, eyni zamanda bazarda sağlam rəqabət mühitinə də mənfi təsir göstərir. Bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən belə halların aşkarlanması və qarşısının alınması məqsədilə mütəmadi nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilir.

Bu ilin yanvar-avqust ayları ərzində Dövlət Agentliyinə məhz istehlakçıların aldadılması halları ilə bağlı 396 müraciət daxil olub. Bu müraciətlərin 306-na baxılıb, 130-u isə təmin edilib. Bundan əlavə, istehlakçıların aldadılması halları ilə bağlı Agentlik tərəfindən 17 inzibati protokol tərtib edilib. İstehlakçılar malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılması hallarında atılacaq addımlar, eləcə də bu sahədə mövcud hüquqi tənzimləmə alətləri barədə ətraflı məlumatı Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan http://istehlakchi.gov.az portalı vasitəsilə əldə edə bilərlər.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?