11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası çərçvisində energetika naziri Pərviz Şahbazovla Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavrou arasında görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Cənub Qaz Dəhlizinin iki ölkə arasında enerji əməkdaşlığının strateji əsasını təşkil etdiyi vurğulanıb. Trans-Adriatik Boru Kəmərinin (TAP) Azərbaycan qazının Yunanıstan və digər Avropa bazarlarına çatdırılmasında, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) isə tədarük marşrutlarının şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində rolu qeyd edilib. Bildirilib ki, bu ilin ilk səkkiz ayında Yunanıstana təqribən 700 milyon kubmetr Azərbaycan qazı ixrac olunub.

Görüşdə, həmçinin bərpa olunan enerji, elektrik enerjisi bağlantıları və yaşıl enerji keçidi istiqamətlərində fikir mübadiləsi aparılıb. Azərbaycanın Xəzər dənizində böyük külək enerjisi potensialı, həyata keçirilən günəş və külək enerjisi layihələri, həmçinin yaşıl enerjinin Avropaya ixracı üzrə təşəbbüslər barədə məlumat verilib. Enerji əməkdaşlığının genişləndirilməsi imkanları nəzərdən keçirilib.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?