12 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kritik xammal resurslarının iqtisadi təhlükəsizlikdə rolu müzakirə olunub

Kritik xammal resurslarının iqtisadi təhlükəsizlikdə rolu müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal resursları və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda sessiya təşkil olunub.

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov sessiyada mövzu ilə bağlı fikirlərini bildirib.

Sessiyada “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal, İtaliyanın “Technip Energies” şirkətinin baş kommersiya direktoru Marko Villa, Qazaxıstanın “Green Spark” şirkətinin baş icraçı direktoru Marko Kastaqnini, Türkiyənin “Limak Holding” şirkətinin nümayəndəsi Birol Ergüven və “Kazakhstan Insulator Plant”ın kommersiya xidmətinin rəhbəri Tatyana Rıbalko iştirak ediblər.

Sessiyada kritik xammal resurslarının iqtisadi təhlükəsizliyin, sənaye dayanıqlığının və texnoloji suverenliyin təmin edilməsində rolu, təmiz enerji, qabaqcıl istehsal və rəqəmsal infrastruktur üçün etibarlı təchizat zəncirlərinin formalaşdırılması məsələləri nəzərdən keçirilib.

Müzakirələrdə Azərbaycanın və regionun strateji faydalı qazıntıların hasilatı, emalı və əlavə dəyər yaradan fəaliyyətlərin inkişafındakı potensialı diqqətə çatdırılıb. Kritik xammal resurslarının hasilatı, sənaye tərəfdaşlıqları və investisiya modellərinin tətbiqi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?