10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Almaniya-Azərbaycan iqtisadi tərəfdaşlığı müzakirə olunub

Almaniya-Azərbaycan iqtisadi tərəfdaşlığı müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Almaniya-Azərbaycan iqtisadi tərəfdaşlığı: biznes dialoqu və əməkdaşlıq” mövzusunda əlavə panel sessiya keçirilib.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının əməkdaşlığı ilə təşkil olunan sessiyada iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli vurğulayıb ki, Azərbaycan Prezidentinin 2026-cı ilin iyul ayında Almaniyaya rəsmi səfəri ikitərəfli tərəfdaşlığın inkişafında mühüm rol oynayır. Prezident və Federal Kanslerlə keçirilən görüşlər daha sıx əməkdaşlığa dair ortaq öhdəliyi bir daha təsdiqləyib. İkitərəfli tərəfdaşlıq üzrə Strateji Gündəlik haqqında və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair birgə bəyannamələr ticarət və investisiyaların genişləndirilməsi, enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün daha möhkəm çərçivə yaradır.

Almaniya ilə sənaye və texnologiyaların transferi, enerji və resurslardan səmərəli istifadə, nəqliyyat-logistika, regional bazarlara çıxış və digər sahələr üzrə tərəfdaşlığın dərinləşdirilməsi üçün imkanlar qeyd edilib.

Panel sessiyada Almaniya Şərq Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms, “1Global” şirkətinin İdarə Heyətinin sədri Hannes Ametstreiter, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “Milla Dairy” şirkətinin baş icraçı direktoru Azər Vahabzadə iştirak ediblər.

Panel iştirakçıları Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı investisiyaların təşviqi, sənaye kooperasiyasının genişləndirilməsi, texnologiya və innovasiya sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər. Həmçinin özəl sektorlar arasında birbaşa əlaqələrin genişləndirilməsi, yeni biznes tərəfdaşlıqlarının qurulması və birgə layihələrin reallaşdırılması imkanları ətrafında müzakirələr aparılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?