18 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Regional enerji bağlantıları və yaşıl keçid: çağırışlar və imkanlar”

“Regional enerji bağlantıları və yaşıl keçid: çağırışlar və imkanlar”

Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Regional enerji bağlantıları və yaşıl keçid: çağırışlar və imkanlar” mövzusunda panel sessiya təşkil edilib. Sessiyaya “The European House - Ambrosetti" ("TEHA Group") beyin mərkəzinin rəsmisi Alessandro Vivianinin moderatorluq edib.

Panel sessiyada Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkəmizin Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya arasında regional enerji bağlantılarının və enerji təhlükəsizliyinin gücləndirilməsində rolunu vurğulayıb. Bərpaolunan enerji və yaşıl infrastruktur layihələri barədə məlumat verilib.

Paneldə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, “SOCAR Green” MMC-nin baş direktoru Elmir Musayev, İtaliyanın “Intesa Sanpaolo” bankının qlobal korporativ bankçılıq üzrə enerji sənayesi rəhbəri Luka Matrone, Çinin ISETS (International Society for Energy Transition Studies) Şurasının sədri Syanşen Sun, “Çalık Holding”in İdarə Heyətinin sədri Ahmet Çalık, “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin baş direktoru Tural Əliyev çıxış ediblər.

Sessiyada bərpaolunan enerji və yaşıl infrastruktur layihələrinə investisiyaların cəlb edilməsi üçün əlverişli siyasət və tənzimləyici çərçivələrin formalaşdırılması, eləcə də bu layihələrin həyata keçirilməsində texnologiya, avadanlıq və maliyyələşdirmə imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib. Transsərhəd enerji layihələrinin, o cümlədən yaşıl elektrik enerjisinin ötürülməsi və regional enerji bazarlarının inteqrasiyasının inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib. Eyni zamanda, yaşıl keçidin sürətləndirilməsi fonunda enerji təhlükəsizliyinin və sənaye rəqabətqabiliyyətliliyinin qorunması, habelə İtaliya ilə enerji və yaşıl keçid sahəsində strateji tərəfdaşlığın genişləndirilməsi istiqamətləri diqqət mərkəzində olub.

Xatırladaq ki, Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı,– “The European House - Ambrosetti”nin strateji tərəfdaşlığı ilə keçirilən Forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?