10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirir

Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti arasında görüş keçirilib. Palatadan bildirilib ki, görüş zamanı AYİB tərəfindən Azərbaycan Respublikasında yerli valyutada istiqraz emissiyasının həyata keçirilməsi, ölkəmizin qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə törəmə maliyyə alətləri istiqamətində atılmış addımlar, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Palatanın idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların maliyyə sisteminə müsbət təsirləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara məxsus yerli valyutada emissiya olunacaq qiymətli kağızların fond birjasında listinqə çıxarılması və kütləvi təklif üsulu ilə yerləşdirilməsi ölkənin qiymətli kağızlar bazarının inkişafına və dərinləşməsinə əlavə stimul yaradacaq.

Tədbirdə maliyyə bazarlarında önəmli məsələlərdən biri kimi fiziki şəxslərin problemli kreditlərinin həll olunması istiqamətində Azərbaycan Prezidenti tərəfindən imzalanmış fərman və həmin sənəd çərçivəsində sektorun sağlamlaşdırılması və effektivliyinin artırılması məqsədilə görülmüş işlər barədə danışılıb. Daha sonra kiçik və orta biznes subyektlərinin maliyyə əlçatanlığının yaxşılaşdırılması üçün daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin, özəl kredit bürolarının fəaliyyətə başlaması, həmçinin strateji yol xəritələrinin icrası üzrə maliyyə sisteminin inkişafında atılmış addımlar barədə görüş iştirakçılarına məlumat verilib.

Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə yeni təyin olunmuş idarəedici direktoru Matteo Patrone, ilk öncə, qiymətli kağızlar bazarının inkişafı istiqamətində Palata ilə AYİB arasında mövcud əməkdaşlıq çərçivəsində reallaşdırılmış işlər barədə danışıb. Bankın Azərbaycan üzrə aprel ayında açıqlanmış yeni strategiyasına əsasən kiçik və orta biznes, həmçinin aqrobiznes subyektlərinin maliyyələşməsinin prioritet hesab edildiyi nəzərə alınaraq, ölkəmizdə bu sferada həyata keçirilən islahatlar yüksək qiymətləndirilib və əlaqələrin daha da genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?