21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

73 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac sentyabrın 24-də keçiriləcək. Komitədən bildirilib ki, budəfəki hərraca ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Onlardan 40-ı kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyəti, 14-ü nəqliyyat vasitəsidir.

Ölkənin müxtəlif regionlarında yerləşən kiçik dövlət müəssisələrinin faydalı sahəsi 12 kvadratmetr ilə 3101 kvadratmetr arasındadır. Uğurlu biznes imkanları olan dövlət müəssisələrindən biri paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsindədir. Faydalı sahəsi 312 kvadratmetr olan ticarət obyektinin ilkin hərrac qiyməti 25 min manatdır. Daşkəsən rayonu, Alunitdağ qəsəbəsindəki yardımçı təsərrüfat kifayət qədər geniş torpaq sahəsi ilə birgə hərraca çıxarılıb. Belə ki, investor ümumi faydalı sahəsi 1941 kvadratmetr olan dövlət əmlakını 41 min kvadratmetrlik torpaq sahəsi də daxil olmaqla özəlləşdirə bilər.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, nəqliyyat, tikinti, xidmət və digər sahələrə aiddir. Buraxılmış səhmlərinin 30-45 faizlik səhm paketləri hərraca çıxarılmış dövlət əmlaklarına paytaxtda yerləşən "Azinterservis", Beyləqanda "Çatal broyler", Ağdaşda "Ləki Sinklənmiş qablar" kimi səhmdar cəmiyyətləri aiddir.

İstehsal tarixləri 1986-2007-ci illər arasında olan nəqliyyat vasitələri "Nissan", "Chevrolet", "Hyundai", "Kia" və digər markalardır. Dövlət əmlakları üzrə hərraca qoşulmaq istəyən şəxslər Komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilərlər. Seçdiyi dövlət əmlakı üzrə sifarişi elektron formada verməklə yanaşı, investorlar özəlləşdirmədə onlayn iştirak edərək əmlak sahibi olmaq imkanı qazanır. Eləcə də, hərraca marağı olan hər kəs üçün prosesi qeydiyyatsız, elektron formada izləmək imkanı da yaradılıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?