23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Makro-iqtisadi dayanıqlılıq” üzrə alt İşçi Qrupun dördüncü iclası keçirilib

“Makro-iqtisadi dayanıqlılıq” üzrə alt İşçi Qrupun dördüncü iclası keçirilib

Mərkəzi Bankda “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılan “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt İşçi Qrupun dördüncü iclası keçirilib.

Mərkəzi Bankın məlumatına görə, Bankın sədri, alt İşçi Qrupun rəhbəri Taleh Kazımov görüşdə çıxış edərək makroiqtisadi dayanıqlılıq istiqaməti üzrə Tədbirlər Planının yekun versiyasının hazırlanması istiqamətində görülən işləri müsbət qiymətləndirib. O, Tədbirlər Planının Nazirlər Kabinetinin 18 iyun 2025-ci il tarixli, 356s nömrəli Sərəncamı ilə müəyyən olunmuş müddət ərzində əhatəli və təkmil hazırlanmasında alt İşçi Qrup üzvləri arasında səmərəli əməkdaşlıq, qarşılıqlı koordinasiya və məsuliyyətli yanaşmanı xüsusi vurğulayıb.

Ümumilikdə, Taleh Kazımov beynəlxalq təcrübə və yerli xüsusiyyətlər nəzərə alınmaqla təklif olunan tədbirlərin ölkədə makroiqtisadi dayanıqlılığın gücləndirilməsi, maliyyə sabitliyinin daha da artırılması, həmçinin maliyyə sektorunun iqtisadi artımda rolunun genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Taleh Kazımov bildirib ki, 356s nömrəli Sərəncamın 6.5-ci bəndini rəhbər tutaraq “Makroiqtisadi dayanıqlılıq” üzrə alt İşçi Qrupun Tədbirlər Planı layihəsi, eləcə də tədbirlərin icrası ilə bağlı maliyyə ehtiyaclarına (maliyyə tələbatı) dair təkliflər 1 noyabr tarixinədək İşçi Qrupun rəhbərinə - Komissiya sədrinin müavininə təqdim ediləcək.

Görüşdə iştirak edən dövlət qurumlarının nümayəndələri də alt İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirərək görülən işlərin effektiv koordinasiya şəraitində aparılmasını və keçirilmiş müzakirələrin və fikir mübadiləsinin faydalı olduğunu vurğulayıblar. Onlar qəbul ediləcək Tədbirlər Planının ölkənin uzunmüddətli iqtisadi sabitliyinə və institusional inkişafına mühüm töhfə verəcəyini qeyd ediblər.

Qeyd edək ki, “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt İşçi Qrupu Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə sənədin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli, 356s nömrəli Sərəncamına əsasən yaradılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?