13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında təmsil olunub

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Suveren Fondların Beynəlxalq Forumu (SFBF) tərəfindən Əbu-Dabi şəhərində təşkil edilən və “Transformasiya dövründə dayanıqlılığın formalaşdırılması”na həsr olunan illik iclasda iştirak edir.

Fondun məlumatına görə, Forum qlobal iqtisadi və geosiyasi dəyişikliklərin fonunda suveren fondların uzunmüddətli dəyər yaradan investisiya strategiyaları, dayanıqlı kapital qoyuluşu, texnoloji transformasiya və alternativ aktivlərin inkişafı kimi mövzuların müzakirəsinə həsr olunub.

Forum həmçinin Santyaqo Prinsiplərinin tətbiqinə dair beynəlxalq standartların yeni çağırışlara uyğun təkmilləşdirilməsi və suveren fondların şəffaflıq, hesabatlılıq və məsuliyyətli idarəetmə prinsiplərinə sadiqliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İllik iclas çərçivəsində keçirilən İcraçı Direktorların Forumunda İsrafil Məmmədov çıxış edərək suveren sərvət fondlarının uzunmüddətli dayanıqlılığı və inkişaf imkanlarının formalaşdırılmasında rolu, bu fondların qlobal iqtisadi sistemə təsiri, eləcə də rəqəmsallaşmanın suveren fondların investisiya idarəçiliyində tətbiqi perspektivləri barədə fikirlərini bölüşüb. O, müasir texnoloji innovasiyaların, aktivlərin qorunması və artırılması, həmçinin kapital bazarlarında şəffaflığın təmin olunması baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ARDNF-nin bu iclasda iştirakı Azərbaycanın beynəlxalq maliyyə icmasında etibarlı və məsuliyyətli institusional investor kimi mövqeyini möhkəmləndirir, həmçinin qlobal suveren fondlar arasında dayanıqlı inkişaf və uzunmüddətli kapital qoyuluşu sahəsində formalaşan dialoqa fəal töhfəsini nümayiş etdirir.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?