11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ARDNF birgə investisiya təşəbbüslərinin genişləndirilməsini müzakirə edib

27–28 oktyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanına işgüzar səfəri həyata keçirilib.

Fondun məlumatına görə, səfərin əsas məqsədi ARDNF-in beynəlxalq tərəfdaşlarla əməkdaşlığının genişləndirilməsi, qlobal maliyyə tendensiyalarının təhlili və yeni investisiya imkanlarının dəyərləndirilməsi olub.

Səfər çərçivəsində nümayəndə heyəti “The Arab Energy Fund”, “Starwood Capital Group”, “Gulf Islamic Investments”, “Investindustrial”, “Warburg Pincus”, “Luma Group”, “CVC Capital Partners”, “Franklin Templeton”, “Brookfield Asset Management”, “BTG Pactual”, “China Investment Corporation” və “FSI (Fondo Strategico Italiano)” kimi aparıcı beynəlxalq investisiya və maliyyə qurumlarının rəhbərləri ilə görüşlər keçirib. Görüşlər zamanı əməkdaşlığın mövcud istiqamətləri nəzərdən keçirilib, birgə investisiya təşəbbüslərinin genişləndirilməsi, yeni bazarlarda iştirak imkanları, uzunmüddətli kapitalın idarə olunması və qlobal iqtisadi şəraitdə kapital axınlarının effektivliyinin artırılması müzakirə olunub. Həmçinin dayanıqlı və məsuliyyətli investisiya modelləri, suveren sərvət fondlarının institusional kapital bazarlarında rolu və beynəlxalq tərəfdaşlıq çərçivələrinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?