7 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri Küveytə işgüzar səfər edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Küveyt Dövlətinin maliyyə naziri, elektrik enerjisi, su və bərpaolunan enerji naziri, eyni zamanda iqtisadi məsələlər və sərmayə üzrə dövlət naziri vəzifəsini icra edən və Küveyt İnvestisiya Qurumunun Direktorlar Şurasının sədri Subaih Abdul Əziz Abdul Muhsen Al-Muxaizim ilə görüşüb.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndiyi vurğulanıb, ticarət və sərmayə sahələrində əməkdaşlıq potensialını tam reallaşdırmaq üçün əlverişli imkanlar dəyərləndirilib. Bildirilib ki, Azərbaycan Körfəz ölkələri, o cümlədən Küveytlə iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsinə və yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasına böyük önəm verir. Ənənəvi və bərpaolunan enerji, ticarət, kənd təsərrüfatı, turizm, nəqliyyat və tranzit sektorlarında işbirliyi imkanları qeyd edilib.

Azərbaycanın investorlar üçün təqdim etdiyi hüquqi təminatlar və əlverişli biznes mühiti barədə məlumat verilib. Qarşılıqlı investisiyaların təşviqi və prioritet layihələr üzrə birgə fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Küveyt Küveyt Dövlətinə işgüzar səfəri çərçivəsində Küveyt Ticarət və Sənaye Palatasının baş direktoru Rabah Abdulrahman Al-Rabah ilə görüş keçirib.

Görüşdə ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, biznes dairələri arasında dialoqun təşviqi barədə müzakirələr aparılıb, ortaq təşəbbüslərin təşviqinin vacibliyi vurğulanıb.

Bildirilib ki, hazırda Azərbaycanda Küveyt sərmayəli şirkətlər sənaye, tikinti, ticarət, xidmət və digər sahələrdə uğurla fəaliyyət göstərir və bu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın real nəticələrindəndir.

Görüşdə iqtisadi əlaqələrin gündəliyinin genişləndirilməsinin, enerji, sənaye zonaları və birgə istehsal üzrə əməkdaşlığın əhəmiyyəti vurğulanıb, qarşılıqlı maraq doğuran yeni əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Küveyt Ticarət və Sənaye Palatası (KCCI) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin -AZPROMO-nun birgə təşkilatçılığı ilə Küveyt şəhərində iki ölkənin özəl və dövlət qurumlarının iştirakı ilə Küveyt-Azərbaycan dəyirmi masası keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Küveyt arasında iqtisadi sahədə birgə fəaliyyətin səmərəliliyinin artırılması imkanlarından bəhs edib. Bildirilib ki, Azərbaycan və Küveyt iş adamları arasında əməkdaşlığın dərinləşdirilməsi ölkələrimizin iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına töhfə verəcək.

Tədbirdə enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, turizm kimi prioritet sahələrdə əməkdaşlığın təşviqinə dair müxtəlif mexanizmlər nəzərdən keçirilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, KCCI-nın baş direktorunun müavini Emad Al-Zeyd ölkələrimiz arasında iqtisadi əməkdaşlıq imkanları barədə məlumat veriblər.

Tədbirdə iştirak edən Azərbaycan şirkətlərinin nümayəndələri fəaliyyətləri haqqında məlumat verib, hər iki tərəfin işgüzar dairələri arasında fikir mübadiləsi aparılıb.

VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar? VergiQeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?