7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kibertəhlükəsizlik rəqabətqabiliyyətli iqtisadiyyatın əsas alətlərindən birinə çevrilib

Rəqəmsallaşan dünyada informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik artıq təkcə texnoloji məsələ deyil, bu eyni zamanda iqtisadi təhlükəsizlik, dayanıqlı inkişaf və rəqabətqabiliyyətli iqtisadiyyatın əsas alətlərindən birinə çevrilib. Müxtəlif fəaliyyət sahələrində uğura nail olmaq üçün 3 əsas komponent özünü hər zaman doğrultmaqdadır: tənzimləyici mexanizmlər, alətlər (texniki və texnoloji həllər) və insan kapitalı.

Bu fikirləri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Ağıllı şəhərlərdə kibermüharibə” mövzusunda “Critical Infrastructure Defence Challenge – CIDC-2025” kiberkonfransında çıxışı zamanı səsləndirib.

Elnur Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Milli Strategiyası” bu sahədə dövlətin baxışını müəyyən edir. Strategiyada informasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı prioritet sahələr, milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması, kritik informasiya infrastrukturunun qorunması, milli kibertəlim mərkəzlərinin və müvafiq laboratoriyaların yaradılması, sahə üzrə dövlət və özəl tərəfdaşlığının qurulması, kadr potensialının formalaşdırılması üzrə prioritetlər müəyyən edilib: “Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” ölkənin rəqəmsal transformasiyası, yeni intellektual məhsulların formalaşdırılması, böyük həcmli məlumatların idarə edilməsi, süni intellekt həllərinin yaradılması, startap ekosisteminin formalaşdırılması və bütün bunların iqtisadi inkişafa və rəqəmsal suverenliyə xidmət etməsi baxımından xüsusilə əhəmiyyətlidir”.

Elnur Əliyev əlavə edib ki, nazirlik tərəfindən rəqəmsal bacarıqların gücləndirilməsi istiqamətində həyata keçirilən “Coursera National Academy” layihəsi bu baxımdan mühüm rol oynayır. İndiyə qədər platforma vasitəsilə 40 minə yaxın vətəndaş 187000-dən çox kursa qoşulub və onlardan 68000-dən çoxu uğurla tamamlanıb. Layihə çərçivəsində ümumilikdə 600-dən çox kibertəhlükəsizlik kursu mövcuddur. Ümumilikdə 276000 saatdan artıq tədris materialı izlənilib ki, bu da ölkədə rəqəmsal savadlılığın, texnoloji adaptasiyanın və mütəxəssis potensialının artdığını nümayiş etdirir: “Bu tipli layihələr informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində insan kapitalının formalaşdırılmasına öz müsbət təsirini göstərməkdədir və bu tipli layihələrin genişləndirilməsi arzuolunandır”.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?