Xankəndidə növbəti Aqrar Biznes Festivalı keçiriləcək
Bu gün Xankəndi şəhərindəki Qarabağ Universitetində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 10 oktyabr tarixində isə növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçiriləcək. Festival Xankəndi şəhərində mərkəzi meydanın qarşısında baş tutacaq.
