18 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi yaradılıb

Bakıda keçirilən Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində “İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi”nin təsis toplantısı və ilk iclası keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, iclasda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin KOB-lara dəstək və xidmət göstərən təşkilat və müvafiq qurumlarının nümayəndələri iştirak ediblər.

Şəbəkənin yaradılmasında məqsəd İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsidir.

“İƏT-in KOB şəbəkəsi”nin təsis olunmasına həsr olunmuş AZHAB Forumunun ilk panel iclasında İƏT-ə üzv ölkələrin KOB-larla əlaqəli qurumlarının nümayəndələri çıxış edərək, təmsil etdikləri ölkələrin və təşkilatların KOB-lara dəstək və xidmət sahəsində tərcübələrini, əməkdaşlıq imkanlarını bölüşüblər. Tədbirdə Türkiyənin KOSGEB, Səudiyyə Ərəbistanının MONSHAAT, Mərakeşin “Morocco PME”, həmçinin İordaniya, Pakistan, Qırğızıstan, Çad və Kot-d’İvuarın müvafiq qurumlarının nümayəndələri təmsil edib. Paneldə KOBİA tərəfindən Azərbaycanda KOB-lara dəstək və xidmətlər, ölkəmizin KOB ekosistemi barədə məlumat verilib.

İclasda çıxış edən spikerlər KOB-ların bütün dünyada iqtisadiyyatın hərəkətverici qüvvəsi, iqtisadiyyatda və məşğulluqda önəmli paya malik olduğunu vurğulayıblar. Bildirilib ki, İƏT ölkələrində isə şirkətlərin 99,9%-ni KOB-lar təşkil edir və onların məşğulluqda payı 93%-dən çox, əlavə dəyərdə isə 85%-ə yaxındır.

“İƏT KOB-lar şəbəkəsi”nin təsis yığıncağının sonunda Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə təşkilatın ilk təsis yığıncağına ev sahibliyi etməsi və kiçik və orta sahibkarlığın inkişafı sahəsində regional əməkdaşlığa göstərdiyi davamlı dəstəyə görə Azərbaycana təşəkkür edilib.

Həmçinin, təsis toplantısı çərçivəsində şəbəkəyə üzv təşkilatların yekdil qərarı ilə “İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi”nə sədrlik 3 il müddətinə KOBİA-ya keçib. Şəbəkənin katibliyi funksiyasını İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC) icra edəcək.

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?