23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda mebel istehsalçıları ilə görüş keçirilib

Naxçıvanda mebel istehsalçıları ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev muxtar respublikada mebel istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirib.

Nazirliyin məlumatına görə, görüşdə sənaye sektorunun, o cümlədən mebel istehsalı sahəsinin inkişaf perspektivləri, mövcud imkanlar və qarşıda duran vəzifələr müzakirə olunub. Nazir Kazım Hüseynəliyev çıxış edərək Naxçıvanda sənayenin inkişafının, istehsal həcminin artırılmasının, ixrac imkanlarının genişləndirilməsinin və müasir texnologiyalara əsaslanan istehsal modellərinin tətbiqinin vacibliyini diqqətə çatdırıb. Həmçinin sahibkarlara dövlətin təqdim etdiyi təşviq mexanizmlərindən səmərəli şəkildə faydalanmağın əhəmiyyəti bildirilib. Kazım Hüseynəliyev qeyd edib ki, nazirlik bundan sonra da öz səlahiyyətləri daxilində sahibkarlara dəstək göstərməyə davam edəcək.

Görüş çərçivəsində mebel istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar öz müəssisələri və fəaliyyətləri haqqında məlumat verib, təkliflərini səsləndirib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?