7 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər və təriflər”, habelə AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı gümüşün təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu” yeni dövlət standartları qəbul edilib.

Bu dövlət standartlarının qəbul edilməsində məqsəd zərgərlik sahəsində vahid anlayışların formalaşdırılması və məhsul keyfiyyətinin dəqiq qiymətləndirilməsidir.

Qeyd edək ki, AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər və təriflər” dövlət standartı qiymətli daşların elmi, texniki və kommersiya sahələrində düzgün təsnifatını və kommunikasiya prosesini asanlaşdırmaq üçün vahid anlayış bazasının yaradılmasını nəzərdə tutur.

AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı gümüşün təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu” dövlət standartı isə zərgərlik məmulatlarında yüksək saflıqlı gümüşün tərkibinin dəqiq və etibarlı şəkildə təyin olunması üçün istifadə edilən fərqlər üsulunu təsvir edir.

Sözügedən dövlət standartları qanunvericiliyə uyğun olaraq “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 36) qəbul edilib, AZSTAND tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar? VergiQeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?