15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda yeni vençur maliyyələşmə şirkəti yaradılır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “White Hill Capital” vençur fondu arasında Azərbaycanda yeni vençur maliyyələşmə şirkətinin təsis edilməsi məqsədilə Təsis Müqaviləsi imzalanıb.

Agentlikdən verilən məlumata görə, “INMerge” İnnovasiya Sammiti çərçivəsində əldə edilən razılaşma əsasında fondun Azərbaycandakı fəaliyyətinin genişlənməsi dəstəklənəcək.

Müqavilənin imzalanma mərasimində çıxış edən İRİA-nın sədri Fərid Osmanov bildirib ki, Azərbaycan ekosisteminə yeni xarici vençur fondunun daxil olması yerli startapların qlobal mühitə inteqrasiyasını sürətləndirəcək: “Biz İRİA olaraq startaplarımızın vençur maliyyələşmə mexanizmlərinə çıxışı üçün yeni imkanlar yaratmağa davam edirik. Bu gün bu istiqamətdə növbəti addımı atdıq. “White Hill Capital” vençur fondu regional yatırımları ilə öz effektivliyini sübut edib və biz istərdik ki, Azərbaycan ekosistemi də bu fondun resurslarından yaxın perspektivdə mümkün qədər faydalansın”.

“White Hill Capital” vençur fondunun idarəedici ortağı Aslan Sultanov çıxış edərək Azərbaycan ekosisteminin yüksək potensialını və məhz buna görə də investorlar üçün artan cəlbediciliyini vurğulayıb. O qeyd edib ki, “White Hill Capital”ın Azərbaycan bazarına daxil olması fondun investisiya portfelinin perspektivli yatırımlarla genişlənməsinə, digər tərəfdən isə Azərbaycanda vençur maliyyələşməsi mühitinin diversifikasiyasına xidmət edəcək.

Tədbirin yekununda “White Hill Capital” vençur fondunun yatırımları nəticəsində böyüyən Azərbaycanın “Push30” və Tacikistanın “Zypl” startaplarının təqdimatları baş tutub. Startap nümayəndələri fondun maliyyə dəstəyi modeli və fond tərəfindən edilən yatırımların startapların miqyaslanmasına verdiyi əhəmiyyətli töhfə haqqında ətraflı məlumat paylaşıblar.

Qeyd edək ki, “White Hill Capital” 2021-ci ildə Qazaxıstanda təsis edilmiş regional vençur fondudur və əsasən Mərkəzi Avrasiya ölkələrindən olan startaplara yatırım edir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?