Varşavada Polşa–Azərbaycan biznes forumu keçiriləcək
Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə cari ilin 23 oktyabr tarixində Varşava şəhərində Polşa–Azərbaycan biznes forumu keçiriləcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, Forumda rəsmi şəxslərin, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı, həmçinin ikitərəfli görüşlərin təşkili nəzərdə tutulur. Tədbir çərçivəsində B2G və B2B formatlarında görüşlər təşkil ediləcək.
Polşa ilə əməkdaşlıqda maraqlı olan sahibkarlar sözügedən biznes forumda iştirak etməyə dəvət olunurlar.
Əlaqələndirici şəxs: Günel Baxışeva
Tel.: (+994 55) 497 24 54;
E-mail: [email protected]
