15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Masallıda Çəltik və Düyü Festivalı keçirilib

Masallı rayonunda kənd təsərrüfatının inkişafı, ənənələrin yaşadılması və aqrar sahədə innovativ texnologiyaların təşviqi məqsədilə Çəltik və Düyü Festivalı və toxum sərgi-satış yarmarkası təşkil olunub.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Festival çərçivəsində Masallı rayonunda çəltikçilik sahəsində görülən işlər və bu sahənin potensialı geniş şəkildə təqdim olunub. Festival iştirakçıları düyüdən hazırlanan ərzaq və qida məhsulları, müxtəlif kənd təsərrüfatı və ərzaq məhsulları, sənətkarlıq nümunələri, sənaye məhsulları və əl işləri ilə tanış olmaq imkanı qazanıblar.

Tədbirdə aqrar biznes festivallarının ənənəsinə uyğun olaraq dövlət qurumları tərəfindən aqrar sahə ilə bağlı müxtəlif xidmətlər və aqrar sığorta məhsulları təqdim olunub. Özəl aqrar şirkətlər tərəfindən müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar sərgilənib.

Tədbir çərçivəsində, həmçinin, mövsümün növbəti toxum sərgi-satış yarmarkası keçirilib. Fermerlərin rayonlaşdırılmış, sertifikatlı toxumlara əlçatanlığını təmin etmək və aqrar sektorda keyfiyyətli toxum istehsalını təşviq etmək məqsədilə təşkil edilən sərgi-satış yarmarkasında geniş çeşiddə toxum nümunələri nümayiş olunub.

Yarmarka çərçivəsində fermerlərə əkin prosesində aqrotexniki qaydaların tətbiqi, torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçimi və düzgün qulluq tədbirləri barədə də geniş məlumat verilib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?